BDU tələbəsi respublika çempionu olub

BDU tələbəsi respublika çempionu olub

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yüngül atletika üzrə respublika çempionu olub. Bu barədə SİA-ya BDU-dan məlumat verilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yanvarın 26-da və 27-də atletika üzrə 40-cı qış ölkə çempionatı keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi, atletika üzrə milli yığma komandanın üzvü Səkinə Hacızadə nüvə itələmə yarışı üzrə 8 rəqibini üstələyib və fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə