Türkiyə millisinin qapıçısı Altay Bayındır “Mançester Yunayted”də rəsmi debüt edib.
SİA Qol.az-a istinadən xəbər verir ki, o, İngiltərə kubokunun 1/16 finalında “Nyuport Kaunti”yə qarşı matçın start heyətində meydana çıxıb və sona qədər oynayıb.
A.Bayındır "Mançester Yunayted"də meydana çıxan ilk türkiyəli oyunçu olub.
Qarşılaşma Mançester klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Nyuport Kaunti” - "Manester Yunayted" - 2:4
Qollar: Fernandeş, 7 (0:1), Maynoo, 13 (0:2), Morris, (1:2), Evans, 47 (2:2), Antoni, 68 (2:3), Haylund, 90+4 (2:4)
"Mançester Yunayted" bu qələbə ilə 1/8 finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB