Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə, "Zirə" "Sabah"la üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.
Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB