Səudiyyə Ərəbistanı klubları “Betis”in yarımmüdafiəçisi İskonu transfer etmək istəyir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, söhbət “Əl-Nəsr”, “Əl-Əhli”, “Əl-Hilal” və “Əl-İttihad”dan gedir. İspaniyalının yeni müqaviləsi üzrə təzminat məbləği 20 milyon avrodur. Səudiyyəlilər İskoya indiki maaşından daha artığını təklif etməyə hazırdılar.
İsko "Real Betis"ə 2023-cü ilin yayında azad agent kimi keçib. Bu mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 27 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB