Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilir - YENİLƏNİR - FOTOLAR

Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilir - YENİLƏNİR - FOTOLAR

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qış Azərbaycan çempionatı keçirilir. SİA xəbər verir ki, yarışlar yanvarın 26 və 27-də baş tutacaq. Respublika Olimpiya Mərkəzində baş tutacaq yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparır. 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə