“Neftçi”də zədəli futbolçuların son durumuna aydınlıq gəlib. Klubdan SİA-ya verilən məlumata görə, Qara Qarayev artıq komanda ilə məşqlərə başlayıb.
Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edir. Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı Fələstin milli komandasının düşərgəsindədir.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın XX turunda “Qəbələ”ni qəbul edəcək. Yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək görüş saat 17:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB