Xavinin əsas problemi...Levandovskidir?

Xavinin əsas problemi...Levandovskidir?

...Bu arada Rusiya millisinin sabiq çalışdırıcısı Fabio Kapello Xavi Hernandesin “Barselona”nın baş məşqçisi kimi problemləri ilə bağlı fikirlərini bölüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, Kapello Xavinin əsas problemi kimi Levandovskini görür.

Məsələ bundadır ki, polyak bizim hamımızın öyrəşdiyi səviyyəni nümayiş etdirmir. Bu vəziyyətdə bu, vacib məqamdır.

Qeyd edək ki, Kapellonun sözlərini “Marca” sitat gətirir. Yeri gəlmişkən, cari mövsümdə 35 yaşlı hücumçu bütün yarışlarda 27 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

...Və 20 görüşdən sonra 44 xal toplayan "Barselona" La Liqada üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, yanvarın 24-də Kataloniya klubu səfərdə "Atletik"lə qarşılaşacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə