Benzema Səudiyyə klubunda oynamaq istəmir...

Benzema Səudiyyə klubunda oynamaq istəmir...

Fransa mətbuatının yazdığına görə, “Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandadan ayrılmaq istəyi barədə Səudiyyə klubunun rəhbərliyinə məlumat verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 36 yaşlı hücumçunun baş məşqçi Marselo Qalardo ilə münaqişəsi var.

Benzema qış fasiləsindən sonra məşqlərə 17 gün gec qayıdıb ki, bu da onun komanda fəaliyyətini dayandırmasına səbəb olub.

Deyilənlərə görə, indi Kərim karyerasını başqa yerdə davam etdirmək üçün “Əl İttihad”dan ayrılmağa icazə istəyib.

“Qızıl top”un sahibinə karyerasını başqa bir Səudiyyə Ərəbistanı klubunda icarə əsasında davam etdirmək təklif edilib, lakin hücumçunun bundan imtina etdiyi bildirilir. “Real Madrid” əfsanəsi Yaxın Şərqi tərk etməyə hazırlaşır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə