“Atletiko” “Qranada”nı tək qolla məğlub etdi

“Atletiko” “Qranada”nı tək qolla məğlub etdi

İspaniya La Liqasının 21-ci turunda çempionatın iddialı kollektivlərindən olan Madrid “Atletiko”su səfərdə autsayder “Qranada”nın qonağı olub. SİA xəbər verir ki, oyunda hesab yalnız ikinci hissədə açılıb. 54-cü dəqiqədə Morata Qrizmanın ötürməsini qola çevirib və komandasına üç xalı təmin edib.

Bu nəticədən sonra “Atletiko” xallarını 41-ə çatdıraraq turnir cədvəlində 4-cü yerə yüksəlib. Simeonenin yetirmələrinin ehtiyatda bir oyunu da var. “Qranada” isə 21 oyundan cəmi 11 xal toplayaraq 19-cu sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə