Azərbaycan cüdoçuları Avropa Kadet Kubokunda çıxış edəcəklər. Bu barədə SİA-ya Azərbaycan millisinin məşqçisi Rüstəm Alimli məlumat verib.
Gənc mütəxəssis bildirib ki, yanvarın 16-19-da keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində fərqlənən cüdoçular milliyə cəlb olunacaqlar. Hər çəki üzrə ilk üç yeri tutanlar yanvarın 29-da təlim-məşq toplanışına yığışacaqlar.
32 nəfərlik heyət martın 2-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kadet Kubokunda Azərbaycanı təmsil edəcək. Orada yüksək nəticə qazananlar isə Avropa və dünya çempionatları üçün milliyə cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB