Azərbaycan Premyer Liqası: Masazırda xallar bölüşülüb

Azərbaycan Premyer Liqası: Masazırda xallar bölüşülüb

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dörd həftəlik qıs fasiləsi XIX turda keçirilən "Sabah” - "Neftçi" oyunu ilə başa çatıb.

Masazırda “Bank Respublika Arena”da oynanılan matç 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Neftçi" bu nəticədən sonra 29 xalla müvəqqəti olaraq 2-ci, "Sabah" isə 23 xalla 7-ci pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə