"Sabah" klubu heyətinə yeni basketbolçu qatıb. Paytaxt təmsilçisindən SİA-ya verilən məlumata görə, son mövsümü NCCA 1 divizionunda mübarizə aparan "Coppin State Eagles" komandasının heyətində keçirən Kamron Blu mövsümün sonuna Azərbaycan təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 201 sm boya malik ABŞ-dən olan 23 yaşlı oyunçu müdafiəçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB