Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Bakıxanov prospektində yolu keçən 1990-cı il təvəllüdlü Abbasov Əli Rəşid oğlunu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB