İtaliya Superkubokunda sonuncu finalçının da adına aydınlıq gəlib.
SİA Qol.az-a istinadən xəbər verir ki, yarımfinal görüşündə "İnter" "Latsio" ilə qarşılaşıb. Matç "İnter"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Milan təmsilçisi finala yüksəlib və "Napoli"yə rəqib olub.
Final oyunu yanvarın 24-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.
İtaliya Superkuboku
Yarımfinal
19 yanvar
"İnter" – "Latsio" - 3:0
Qollar: Türam, 17, Çalhanoğlu, 49, Frattezi, 87.
18 yanvar
"Napoli" – "Fiorentina" - 3:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB