“Barselona” 17 yaşlı yarımmüdafiəçini almaqda israrlıdır…

“Barselona” 17 yaşlı yarımmüdafiəçini almaqda israrlıdır…

“Barselona” gənc “Yurqorden” istedadını transfer etməkdə qərarlıdır. Kataloniya klubu 17 yaşlı yarımmüdafiəçi Lukas Berqvallini transfer etmək üçün rəsmi təklif hazırlayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə insayder Fabrizio Romano xəbər verir.

Məlumdur ki, klublar bir neçə aydır danışıqlar aparır. Barca indi transferi bağlamağa ümid edir, lakin eyni zamanda yarımmüdafiəçini yaya qədər İsveç klubunda saxlayır.

Qeyd edək ki, gənc futbolçunun transferində "Ayntraxt" da maraqlıdır, lakin futbolçu özü "Barselona" ilə müqavilə imzalamaq istəyir.

Onu da qeyd edək ki, Berqvallinin “Yurqorden” ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir; Transfermarkt portalı onun dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə