“Napoli” İtaliya Superkubokunun finalına yüksəlib

“Napoli” İtaliya Superkubokunun finalına yüksəlib

İtaliya Superkubokunun yarımfinal matçında “Napoli” və “Fiorentina” üz-üzə gəlib. SİA xəbə verir ki, komandalar “Əl Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) qarşılaşıblar.

İlk hissənin 22-ci dəqiqəsində Covanni Simeone matçda hesabı açaraq “Napoli”ni önə çıxarıb. 84-cü dəqiqədə Alessio Dzerbin fərqi artırıb. 87-ci dəqiqədə isə o, dubl edərək görüşün yekun hesabını təyin edib – 3:0.

Beləliklə, İtaliya Superkubokunun finalına yüksələn “Napoli” ikinci yarımfinal cütünün qalibi (“İnter” - “Latsio”) ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə