“Barselona”nın futbolçusu Vinisiusu hədələyib

“Barselona”nın futbolçusu Vinisiusu hədələyib

"Barselona”nın futbolçusu Ferran Torres "Real”ın futbolçusu Vinisius haqqında sərt danışıb. SİA xəbər verir ki, Torres bunları deyib: "Əgər bu oğlan mənimlə danışsa, and içirəm ki, onu şillələyəcəm. Əgər bu axmaq mənimlə danışsa, onu sındıracağam”.

Qeyd edək ki, yanvarın 14-də İspaniya Superkubokunun finalında "Real Madrid” "Barselona”nı məğlub edib. Vinisius görüşün qəhrəmanı olub. Braziliyalı yarımmüdafiəçi het-trik edib. Qaliblərin heyətində daha bir qolu Rodriqo vurub. "Barselona”nın kapitanı Ronald Araujo 71-ci dəqiqədə meydandan qovulub. Torres 61-ci dəqiqədə meydandan çıxarılıb, onu Joau Feliks əvəz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə