Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edə bilər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yarış bu il və ya 2025-ci ildə təşkil olunacaq: “Artıq sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, amma inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”.
Seymur Məmmədovun müsahibəsini yanvarın 17-də AZƏRTAC-da oxuya bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB