Argentinalı hücumçu, “İnter Mayami”nin futbolçusu Lionel Messi FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb. SİA xəbər verir ki, PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand da bu kateqoriya üzrə finalçı olublar.
Xatırladaq ki, Messi 2023-cü ildə karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, həmçinin ötən ildə ilin ən yaxşısı seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB