Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək
Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək. Azərbaycan Badminton Federasiyasından SİA-ya verilən məlumata görə, “Azerbaijan International 2024” Bakı İdman Sarayında gerçəkləşəcək.
Turnir fevralın 8-11-də baş tutacaq. Yarışda dünyanın müxtəlif guşələrindən olan oyunçular öz bacarıqlarını kortda nümayiş etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB