Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək

Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək

Bakıda gimnastika üzrə üç Dünya Kuboku keçiriləcək. SİA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.

Yarış Milli Gimnastika Arenasında keçiriləcək. Həmin məkan martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə