“Real Madrid” “Barselona”nı darmadağın etdi

“Real Madrid” “Barselona”nı darmadağın etdi

“Real Madrid” İspaniya Superkuboku uğrunda görüşdə “Barselona”ya qalib gəlib. SİA xəbər verir ki, qarşılaşmaya fəal başlayan Madrid təmsilçisi yeddi və 10-cu dəqiqələrdə Vinisius Juniorun vurduğu qollarla önə keçib. 33-cü dəqiqədə R.Levandovski vurulan qollardan birinin əvəzini çıxsa da, katalonların bundan artığına gücü çatmayıb.

Əvəzində 39-cü dəqiqədə V.Junior özünün və komandasının üçüncü qolunu vurub.

Qarşılaşmada son nöqtəni 64-cü dəqiqədə Rodriqo qoyub.

Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə