Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda növbəti oyun baş tutub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 18-ci dəfə keçirilən turnirin B qrupunda Avstraliya və Hindistan yığmaları üz-üzə gəliblər.
Əhməd bin Əli stadionunda reallaşan görüş Avstraliya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 50-ci dəqiqədə Cekson İrvin və 73-cü dəqiqədə Cordan Bos vurublar.
Günün digər oyunlarında Çin millisi Tacikistanla, Özbəkistan yığması isə Suriya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Asiya Kubokunun açılış oyununda ev sahibi Qətər Livana 3 cavabsız qolla qalib gəlib. Turnirə fevralın 10-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB