Ən yaxşı afrikalı futbolçular bunlar hesab edilib

Ən yaxşı afrikalı futbolçular bunlar hesab edilib

“FourFourTwo” nəşri tarixin ən yaxşı afrikalı futbolçularının adlarını açıqlayıb. SİA-nın məlumatına görə, siyahıya hazırda İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salah başçılıq edir.

İkinci sırada liberiyalı sabiq hücumçu Corc Vea qərarlaşıb. "3-lüy"ü kamerunlu keçmiş forvard Samuel Eto tamamlayır.

Növbəti mövqelərdə Didye Droqba, Yaya Ture (hər ikisi Fil Dişi Sahili), Sadio Mane (Seneqal), Riyad Mahrez (Əlcəzair), Abedi Pele (Qana), Maykl Essyen (Qana), Cey-Cey Okoça (Nigeriya) yer alıblar.

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək Azərbaycanda “Səbail”in heyətində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə