Almaniya millisinin ən yaxşısı

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Emre Can Almaniya millisində 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

SİA-nın əldə etdiyi məlumata görə, azarkeşlərin 64,6 faizi Cana səs verib. Səsvermədə 2-ci yeri Dortmund “Borussiya”sının hücumçusu Niklas Füllkruq (11,7 faiz), 3-cü yeri isə millinin 2022-ci ilin ən yaxşı oyunçusu kimi tanınan “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala (9,4 faiz) tutub.

2023-cü ildə Emre Can Almaniya millisində 6 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə