Sumqayıt şəhər stadionunda ilk oyun bu tarixdə olacaq

Sumqayıt şəhər stadionunda ilk oyun bu tarixdə olacaq

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda bildirilib.

Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə