Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxacaq. SİA-nın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB