“Real Madrid” İspaniya Superkubokunun finalına yüksəldi

“Real Madrid” İspaniya Superkubokunun finalına yüksəldi

“Real Madrid” və “Atletiko” arasında keçirilən İspaniya Superkubokunun yarımfinal matçı başa çatıb. SİA xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda qarşılaşıblar.

Oyunun əsas vaxtı 3:3 bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.

Burada isə daha iki top vuran “kral klubu” qələbəni bayram edib - 5:3.

Beləliklə də, “Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu məğlub edərək İspaniya Superkubokunun finalına yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə