“Atalanta” “Milan”ı keçərək İtaliya kubokunun yarımfinalına çıxdı
Milanın San Siro (Cüzeppe Meatsa) stadionunda İtaliya kubokunun 1/4 final oyunu keçirilib. SİA xəbər verir ki, yerli “Milan” və Berqamodan olan “Atalanta” qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
38 və 39-cu dəqiqələrdə “Atalanta”nın futbolçusu Qasperini iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
45-ci dəqiqədə “Milan”lı Rafael Leau matçda hesabı açıb.
Lakin azlıqda qalan “Atalanta” təslim olmayıb.
45+2-ci dəqiqədə Kopmeyners hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirməklə komandasının qələbəsini təmin edib.
Beləliklə də, “Atalanta” azlıqda qalsa da, “Milan”ı keçərək İtaliya kubokunun yarımfinalına çıxmağı bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB