"İki il öncə festival uğurlu alındığı üçün davam etdirmək istədik" - Çingiz Hüseynzadə

"İki il öncə festival uğurlu alındığı üçün davam etdirmək istədik" - Çingiz Hüseynzadə

"İdman Filmləri və Milli Televiziya Festivalı" ilk dəfə 2022-ci ildə baş tutub. Bunu MOK-un 30 illik yubileyinə həsr etmişdik". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Ç.Hüseynzadə bildirib ki, festival həmin vaxt uğurlu alınmışdı: "Bu səbəbdən tədbiri daimi etmək istədik. İki ildən bir keçirilməsinin də səbəbi var. Çünki bir il ərzində materialın toplanması, ərsəyə gəlməsi mümkün deyil. Münsiflər heyəti ancaq yeni işləri qəbul edir. Yanvarın 16-da açılış mərasimi olacaq. "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə