"İdmanla yanaşı, idman filmlərinin inkişafı da zəruridir" - Oleq Səfərəliyev

"Birinci dəfə festival təşkil etmək o qədər də çətin deyil. Əsas çətinlik bu festivalın daimi olmasıdır". SİA xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev deyib.

"Əgər ikinci dəfə bu festivalı keçiririksə, deməli bu davamlı olacaq. İdmanla yanaşı, idman filmlərinin inkişafı da bizim üçün zəruri bir istiqamətdir. İnanıram ki, bu il daha çox peşəkar və bədii cəhətdən daha yaxşı filmlər izləyəcəyik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə