İngiltərə Liqa Kuboku: “Çelsi” yarımfinalda uduzdu

İngiltərə Liqa Kuboku: “Çelsi” yarımfinalda uduzdu

İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçı baş tutub. SİA xəbər verir ki, “Riversayd” stadionunda “Midlsbro” London “Çelsi”si ilə qarşılaşıb.

Oyunda gözləntilərin əksinə olaraq meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Matçın yeganə qolu 37-ci dəqiqədə vurulub. “Midlsbro”nun 21 yaşlı yarımmüdafiəçisi Hayden Ris Hekni fərqlənib.

Bu komandalar arasında cavab oyunu yanvarın 23-də Londonda keçiriləcək. İkinci yarımfinalda isə “Liverpul” və “Fulhem” üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə