2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib. “Qırmızı-qaralar”dan SİA-ya verilən məlumata görə, Premyer Liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.
29 yaşlı vingerlə ilə 2,5 illik müqavilə imzalanıb.
Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB