“Xəzri” bir basketbolçu ilə yollarını ayırıb

“Xəzri” bir basketbolçu ilə yollarını ayırıb

“Xəzri” bir basketbolçu ilə yollarını ayırıb. SİA-nın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, amerikalı Makol Mavyen komandanı tərk edib.

27 yaşlı basketbolçu ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

Qeyd edək ki, “Xəzri” Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə