AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək - FƏRİD QAYIBOV

AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək - FƏRİD QAYIBOV

“Ümid edirəm ki, AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək”. SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi axtarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir AFFA-nın ən doğru varianta üstünlük verəcəyinə inandığını bildirib: “AFFA ictimai birlikdir. Mən isə futbol mütəxəssisi deyiləm, azarkeşəm”.

Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi postu boşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə