Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxa bilər. Bu barədə SİA- ya Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, üçqat dünya və dördqat Avropa çempionu bütün diqqətini apreldə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə yönəldib. Yanvarın 10-da Xorvatiyada startı veriləcək “Zaqreb Open”ə yollanmayan 32 yaşlı pəhləvan fevralın 12-18-si aralığında Buxarestdə təşkil olunacaq qitə birinciliyinə də yollanmaya bilər.
“Hacı Əliyevin Avropa çempionatında 65 kq çəkidə güləşməyəcəyi dəqiqdir. O, ən yaxşı halda 70 kq-da çıxış edə bilər. Ancaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq üçün Avropa çempionatını buraxması da istisna deyil”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və dördqat Avropa (2014, 2018, 2019, 2023) Avropa çempionudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB