İspaniya kubokunun 1/16 final mərhələsinin "Unionistas de Salamanka" - "Vilyarreal" matçı başa çatıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, dünən 90 dəqiqədən Reina Sofia stadionunda işıqda yaranan texniki nasazlıq səbəbindən oyunu yarımçıq dayandırılmışdı.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. La Liqa klubu 3-cü divizion təmsilçisinə penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.
Beləliklə, "Vilyarreal" turnirdə mübarizəni dayandırıb, "Uniostas de Salamanka" isə 1/8 finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB