Dünya Kuboku çempionu, futbolçu Frans Bekkenbauer 78 yaşında vəfat edib
Bekkenbauer vəfat edib

Almaniyalı futbolçu və məşqçi Frans Bekkenbauer 78 yaşında vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DPA agentliyi ailəyə istinadən məlumat yayıb.

Ölümün səbəbləri açıqlanmır.

Qeyd edək ki, Almaniya millisinin tərkibində Bekkenbauer 1974-cü ildə dünya çempionu olub. Klub səviyyəsində müdafiəçi “Bavariya” ilə üç dəfə avrokubok və Kuboklar Kubokunu qazanıb. O, iki dəfə “Qızıl top”un qalibi olub. Almaniya millisinin baş məşqçisi kimi Bekkenbauer 1990-cı ildə Dünya Kubokunun qalibi olub.

2023-cü ilin iyulunda alman futbolçu Lotar Matteus Bekkenbauerin səhhətinin pisləşdiyini bildirmişdi.

Onun sözlərinə görə, səəhətinə görə, Qətərə dünya çempionatını buraxan Bekkenbauer, Pelenin dəfnini də

buraxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə