Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb. Azərbaycan Atletika Federasiyasından (AFF) SİA-ya verilən məlumata görə, finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub.
O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB