"Çelsi" keçmiş futbolçusu Eden Hazardı ad günü münasibətilə təbrik edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, klub bu barədə paylaşım edib:
"Bütün zamanların ən böyüklərindən biri. Ad günün mübarək, Eden".
Xatırladaq ki, Hazard 2012-2019-cu illərdə "mavilər"in heyətində çıxış edib və komanda ilə 6 kubok qazanıb. O, 2 dəfə İngiltərə çempionu olub, 2 dəfə Avropa Liqasının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB