7 yanvar 2024-cü il tarixində AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirmişdir ki, «Keçirilən tədbirin regionlarda və kəndlərdə idmanın, futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdıraraq və bundan sonra da digər regionlarda tədbirlərin keçiriləcəyini vurğuladı». Tədbirdə digər natiqlər UGFF-nin Baş katibi Asim Xudiyev və Cənub RFF-nın prezidenti Sakin Məmmədzadə regionda idmanın inkişafı ilə bağlı çıxış etdirər. Bu layihə çərçivəsində AFFA tərəfindən tədbirdə iştirak edən uşağlara futbola marağı artırmaq məqsədilə pulsuz idman geyimləri və futbol topları verilib.
Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev və GİN-əməkdaşı Cavid Cahangirzadə iştirak etmişdir. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB