"Barselona" ulduz futbolçuya "səbrini itirib"..?

"Barselona" ulduz futbolçuya "səbrini itirib"..?

...Ola bilsin ki, cari La Liqa mövsümü Rafinya üçün “Barselona”nın rənglərində sonuncu olacaq..?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kataloniya klubu Braziliya təmsilçisinin oyunundan narazıdır.

Xatırladaq ki, Rafinya “Barselona”ya 2022-ci ilin yayında keçib.

Həmən ərəfədə İspaniya çempionu bunun üçün təxminən 60 milyon avro ödəyib. Lakin futbolçu ona olan ümidləri doğrultmayıb.

Bu La Liqa mövsümündə Braziliya təmsilçisi 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. “Catalan Sport” xəbər verir ki, fəallar 25 yaşlı futbolçunun oyunundan məyus olublar.

Məhz buna görə də. bir müddətdir ki, mətbuatda futbolçunun satıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. Qeyd edək ki, səs-küylü transfer ötən yay baş tuta bilərdi. Qeyd edək ki, “Barselona”nın idman direktoru Deko Rafinyanın formasının zamanla partlayacağına inanırdı.

...Lakin bu baş vermədi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə