“Barselona”nın yeni futbolçusu Vitor Roke Kataloniya klubuna keçidini şərh edib. Onun Braziliya "Atletiko"sundan transferi kataloniyalılara 40 milyon avroya başa gəlib - bu, indiyədək bu qışın ən bahalı transferidir.
...Bu, gerçəkləşən arzudur. Çox xoşbəxtəm. Bu, uşaqlıq arzum gerçəkləşdi.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Vitor Roke bildirib.
Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar və sakit olmağımı dedilər. Məni ən yaxşı şəkildə qarşıladılar.
Xavi məni hərarətlə qarşıladı. O, mənə dedi ki, “Barselona”da oynamağa və qol vurmağa hazır ol”.
Qeyd edək ki, Braziliya A Seriyasında başa çatan mövsümün 25 matçında Roke Atletiko Paranaense üçün 12 qol vurub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB