“Sumqayıt" klubu Türkiyəyə yollanıb

“Sumqayıt" klubu Türkiyəyə yollanıb

“Sumqayıt" klubu təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanıb. SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçəcək.

Komanda yanvarın 17-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyununda gücünü sınayacaq. Samir Abasovun yetirmələri yanvarın 12-də "Hermanştadt" (Rumıniya), 16-da isə "Soqdiana" (Özbəkistan) klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk yarıdan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə