İtaliya Kuboku: “Milan” rəqibinə şans vermədi

İtaliya Kuboku: “Milan” rəqibinə şans vermədi

İtaliya Kubokunun 1/8 mərhələsində “Milan” “Kalyari” ilə üz-üzə gəlib. SİA xəbər verir ki, oyunun nəticəsi gözlənilən olub. Belə ki, “rossonyerilər” rəqiblərinə şans verməyiblər.

Matç ərzində Yoviç dubl edib (29, 42), Traore (50) və Leau (90+2) fərqləniblər. “Kalyari”nin gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib (Azzi, 88) - 4:1.

Beləliklə də, “Milan” İtaliya Kubokunun 1/4 mərhələsinə adını yazdırıb. Hazırda “Latsio”, “Frozinone”, “Bolonya” və “Fiorentina” da bu mərhələyə çıxıb. Eyni zamanda, “Atalanta”, “Sassuolo”, “Roma”, “Kremoneze”, “Yuventus” və “Salernitana” da turnirin nöbəti mərhələsinə vəsiqə qazana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə