Bir il ərzində 100-dən çox rus şahmatçısı vətəndaşlığını dəyişib

Bir il ərzində 100-dən çox rus şahmatçısı vətəndaşlığını dəyişib

Sports.ru Beynəlxalq Şahmat Federasiyasının (FIDE) statistikasına istinadən xəbər verir ki, 2023-cü ildə 104 rusiyalı şahmatçı idman vətəndaşlığını dəyişib.

Dünya şahmatçılar reytinqinin ilk yüzlüyündən Rusiya millisini Sanar Syuqirov (40-cı yer), Aleksey Sarana (41-ci), Vladimir Fedoseyev (45-ci), Nikita Vitiuqov (50-ci), Aleksandr Predke (64-cü) tərk etdi. Kirill Alekseenko (89-cu) və Aleksandra Kosteniuk (qadınların reytinqində 11-ci yer). SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, öz növbəsində 2023-cü ildə beş idmançı Rusiya millisinə qoşulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə