"Real Madrid" sabah saat 22:15-də "Malyorka" ilə qarşılaşacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu matçda Arda Gülər "Real"ın heyətində debüt edə bilər. Baş məşqçi Karlo Ançelotti Arda Gülərin zədəsini tamamilə sağaltdığını açıqlayıb:
"Arda Gülər məsələsində tələsmirik. Çox gənc və parlaq gələcəyi var. Mümkün olsa, sabah onu meydana buraxacam. Alınmasa, növbəti oyunda olacaq".
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayında "Real"a transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB