"Jirona"nın ukraynalı hücumçusu Artem Dovbik "Çelsi"nin transfer hədəfləri siyahısındadır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. London klubu Dovbiki hələ yanvarda almağa cəhd edə bilər. "Çelsi"nin baş məşqçisi Maurisio Poçettino ukraynalının oyununa rəğbət bəsləyir. 26 yaşlı Dovbik bu mövsüm La Liqanın ən parlaq oyunçularından biridir.
Qeyd edək ki, İspaniya çempionatının 17 matçında 11 qol vurub və 5 məhsuldar ötürmə edib və "Jirona" turnir cədvəlində yalnız top fərqinə görə "Real"dan geri qalır.
Xatırladaq ki, artıq bir ukraynalı “Çelsi”də çıxış edir – cinah yarımmüdafiəçisi Mixail Mudrik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB