"Seltik"də baş məşqçi dəyişikliyi

"Seltik"də baş məşqçi dəyişikliyi

"Seltik" baş məşqçisi Harri Kyuellə yolları ayırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstraliyalı mütəxəssisin öz istəyi ilə müqaviləyə xitam verilib. Komandanın yeni baş məşqçisi də artıq bəllidir. Qlazqo təmsilçisini Adama Sadler çalışdıracaq.

Xatırladaq ki, Sadler "Mançester Siti", "Nyukasl" və "Lester"də məşqçi kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə