Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, bu mərhələdə komandalar şərq və qərb adlı iki zonaya bölünüblər.
Püşkün nəticəsinə əsasən, Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası bu ölkənin başqa bir təmsilçisi “Əl-Feyha” ilə üz-üzə gələcək.
Neymarın formasını geyindiyi “Əl-Hilal” isə İran klubu “Sepahan”la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mərhələnin ilk görüşləri 12-13 fevral tarixində, cavab matçları isə 1 həftə sonra baş tutacaq.
Asiya kuboku, 1/8 final
Qərb zonası
"Nasaf" (Özbəkistan) - "Əl-Ayn" (Birləşmiş Ərəb Əmirlikləri)
“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) - “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)
“Sepahan” (İran) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
"Navbahor" (Özbəkistan) - "Əl-İttihad" (Səudiyyə Ərəbistanı)
Şərq zonası
“Ceonbuk” (Cənubi Koreya) - “Pohanq” (Cənubi Koreya)
"Ulsan" (Cənubi Koreya) - "Vanfor Kofu" (Yaponiya)
“Şandunq Tayşan” (Çin) - “Kavasaki” (Yaponiya)
“Banqkok Yunayted” (Tayland) - “Yokohama” (Yaponiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB